Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarlı Bakı…

21.02.2025 [16:36]

Dünən gecədən başlayaraq yağan intensiv qar Bakıda ən çox uşaqların sevincinə səbəb olub. Ağ örpəyə bürünən parklarda uşaqlar qartopu oynayır, qar sevincini bölüşürdülər. Şaxtalı hava səbəbindən yollar buz bağlasa da aidiyyəti qurumlar tərəfindən yaranan bütün problemlər vaxtında aradan qaldırılıb.