Səbinə Məmmədova: Azərbaycanın təbliğində mədəniyyətimiz və musiqimiz mühüm yer tutur
21.02.2025 [18:17]
Xəbərin mətni
Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə keçirilən görüşə soydaşlarımız böyük maraq göstərdilər. Buna görə də tədbirdə iştirakçıların sayı gözlədiyimizdən xeyli çox oldu. Sevindirici haldır ki, bu tədbirdə Düsseldorf və ətrafdakı 22 şəhərdən həmyerlilərimiz iştirak edirlər. Bu görüş bir daha göstərir ki, xaricdə yaşayan soydaşlarımız bir və həmrəydirlər. AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri Səbinə Məmmədova jurnalistlərə müsahibəsində deyib.