Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-da beynəlxalq Ana Dili Günü qeyd edilib

22.02.2025 [11:23]

Xəbərin mətni

Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş sərgi keçirilib.

Sərgidə Azərbaycanla, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və El Salvador kimi ölkələr iştirak edib.