Mərkəz sədri: Bu il regionlardakı xəstəxanalarda beyin ölümü diaqnostikası təlimlərinin keçirilməsini hədəfləmişik
24.02.2025 [18:54]
Xəbərin mətni
2024-cü ildə bütün reanimasiya şöbələrində süni tənəffüs aparatı olan xəstəxanalara məktub ünvanlanıb. Həmin məktubda daxil olan ağır xəstələr haqqında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə məlumat verilməsi əks olunub. Ötən ildən Bakıda süni tənəffüs aparatı ilə təchiz olunan reanimasiya şöbələrində beyin ölümü diaqnostikası ilə bağlı təlimlər keçirilməyə başlanılıb.