Azərbaycan Dövlət İnformasiya Agentliyi

Plastik cərrahiyyə ilə məşğul olmaq icazəsi verilən mütəxəssislərin siyahısı Səhiyyə Nazirliyinin saytında təqdim olunacaq

26.02.2025 [11:37]

Xəbərin mətni

Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin müvafiq qurumlarının nümayəndələrindən ibarət yaradılmış xüsusi Təftiş Komissiyasının 5 iclası keçirilib. İclaslarda 40 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssisin sənədləri təftiş olunub.