Əziz Ələkbərli: Qərbi Azərbaycana dönüş beynəlxalq hüququn normalarına əsaslanır
26.02.2025 [12:52]
Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsinin və ata-baba torpaqlarına qayıdış prosesinin qarşısı heç bir qüvvə tərəfindən alına bilməz. Qırx dörd günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı Xocalının qisasını aldı və keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtmağa nail oldular. Bununla da ermənilərin 200 ildən çox davam edən işğal strategiyası darmadağın edildi. Qərbi Azərbaycan da daxil olmaqla, tarixi torpaqlara dönüş Azərbaycan xalqının təməl hüququdur və bu, beynəlxalq hüquq normalarına əsaslanır. Necə ki, Qarabağa və Şərqi Zəngəzura qayıtdıq, eyni qaydada Qərbi Azərbaycana da qayıdacağıq. Bunu ermənilər istəsə də, istəməsə də, baş verəcək. Çünki bu, bizim tarixi haqqımızdır.