Fransanın əsarətindəki müstəmləkələrdən olan media nümayəndələri ilə AZƏRTAC-da görüş keçirilib
26.02.2025 [20:05]
Xəbərin mətni
Fransanın əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri ilə fevralın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) görüş keçirilib.
Qonaqlar əvvəlcə agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət sərgiyə baxıblar.