Şuşada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
26.02.2025 [20:30]
Xəbərin mətni
Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 17:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə hərəkət dayandırılıb, siqnallar verilib.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri şəhidlərin xatirəsini ehtiramla anıblar.