Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN-dən növbəti innovativ addım - artıq vətəndaşlar E-Polis mobil tətbiqi vasitəsilə sürücülük vəsiqələrini də yeniləyə biləcəklər

27.02.2025 [15:05]

Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib. Belə ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. “Müraciət et” düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.