Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabah Ramazan ayının niyyət gecəsidir

27.02.2025 [19:56]

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. 28 fevral niyyət gecəsi, mart ayının biri isə Ramazan ayının ilk günü hesab olunur. Ramazanın gəlişi, ruhun, iradənin və mənəviyyatın ən ülvi sınağıdır. Ramazan təkcə ac qalmaq deyil. Qəlbin sübh açımı, vicdanın təmizlənmə vaxtıdır. İnsan bir ay boyunca yalnız fiziki qidalanmadan imtina etmir, həm də düşüncələrini, sözlərini, əməllərini süzgəcdən keçirir. Bütün dinlərdə, bütün inanclarda orucun mahiyyəti eynidir: nəfsi cilovlamaq, ruhu qidalandırmaq, səbrin və şəfqətin mənasını dərk etmək. Bu ay sadəcə fərdi bir ibadət deyil, həm də bəşəri bir dərsdir – aclığı, susuzluğu, ehtiyacı olanların halını anlamaq üçün bir fürsətdir.