Ramazan ayında düzgün qidalanma necə olmalıdır?
28.02.2025 [17:56]
Sabahdan Müqəddəs Ramazan Ayı başlayır. Bu müqəddəs ayda oruc tutduğumuz üçün ənənəvi qidalanmamızda müəyyən dəyişikliklər baş verir. Bəs maraqlıdır ramazan ayında orqanizmin zərər görməməsi, səhhətimizdə problemlərin yaranmaması üçün düzgün qidalanma necə olmalıdır? Dietoloq Şəfa Yadigarovanın sözlərinə görə oruc tutan zaman imsak vaxtı yediklərimizə xüsusi diqqət etməliyik. Çünki bəzi insanlar imsakda yalnız su içməklə kifayətlənirlər ki, bu da orqanizm üçün zərərli ola bilər.