Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalı sakinlərinin diqqətinə: Kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır

28.02.2025 [20:32]

Xəbərin mətni

Martın 1-dən Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Bununla da işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən start verilir.