Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

03.03.2025 [17:54]

İkinci Qarabağ müharibəsinin başa çatması və 10 noyabr bəyanatının imzalanmasından ötən dövr ərzində regionda təhlükəsizlik məsələləri aktual olaraq, qalır. Bu istiqamətdə əsas problemlərdən biri də Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi və minalanmış sahələrin dəqiq xəriitələrini  Azərbaycana təqdim etməməsidir.