Bəzi şəxslərə əmək haqqından əlavə bir sıra ödənişlər də veriləcək
03.03.2025 [19:30]
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" Qaydasını təsdiq edib. Belə ki, sənədə əsasən rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödənişlər veriləcək. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə bu vəsait həmin şəxslərin köç və digər zəruri xərclərinin qarşılanması üçün nəzərdə tutulur.