Qarlı hava şəraiti kənd təsərrüfatına necə təsir edib?
04.03.2025 [17:56]
Bu il ölkəmizdə qış fəsli ötən illərə nisbətən daha sərt keçdi. 2 həftəyə yaxın davam edən qarlı və şaxtalı hava şəraiti bir sıra çətinlikliklər yaratsa da, ekspertlərin fikrincə bu kənd təsərrüfatı üçün çox əlverişli oldu. Qış fəsli üçün xarakterik olan bu cür hava şəraiti kənd təsərrüfatında məhsuldarlığın artımı üçün faydalı hesab edilir. Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirlinin sözlərinə görə qarlı və şaxtalı hava şəraiti bitkilərin daha yaxşı cücərməsi və inkişafı üçün münbit yaradır.