Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub
05.03.2025 [10:14]
Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər.