CƏMİYYƏT
Qubadlının Zilanlı kəndində birinci mərhələdə 926 sakin məskunlaşacaq
05.03.2025 [20:33]
Xəbərin mətni
Qubadlı rayonunun Zilanlı kəndində tikinti işləri davam etdirilir. Rayon mərkəzindən 21 kilometr məsafədə yerləşən kəndin ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə 926 sakinin məskunlaşması üçün 43 hektar ərazidə 193 evin tikintisi aparılır. Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Zilanlı kəndində fərdi yaşayış evlərinin 154-nün qaba işləri, 164 evin isə dam işləri yekunlaşıb. Ümumi evlərin 30 faizinin fasad izolyasiya işləri və suvaq işləri icra edilib. Artıq bir neçə evdə daxili mühəndis-kommunikasiya xətlərinin çəkilməsi də yekunlaşıb. Hazırda evlərin üzərində Günəş panelləri quraşdırılır.