İğdır-Naxçıvan qaz kəmərinin üstünlükləri nələrdir?
06.03.2025 [17:17]
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə, onun bir mənbədən asılılığını, həmçinin enerji resursunun nəqlində fasilələrin yaranması ilə bağlı riskləri aradan qaldıracaq. Qaz kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı böyük ölçüdə ödəniləcək. Onu da qeyd edək ki, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq da mümkün olacaq. Ekspertlər bunu Naxçıvanın enerji təhlükəsizliyinin təminatında mühüm addım kimi qiymətləndirir.