CƏMİYYƏT
7 şəhərdə yeni liftlər quraşdırılacaq
06.03.2025 [18:06]
Çoxmərtəbəli binalarda quraşdırılan liftlər insanların mənzil başına tez və rahat çatmasına xidmət etsə də, bəzən əksinə, həyatımız üçün təhlükəli olur. Belə ki, istismar müddəti başa çatmış liftlər hər an qırıla və faciəyə səbəb olar bilər. Bu kimi halların baş verməməsi üçün daimi olaraq yoxlamalar aparılmalı, ehtiyac yarandığı təqdirdə yeni liftlər quraşdırılmalıdır. Bu məqsədlə dövlət başçısı tərəfindən çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən doqquz milyon doqquz yüz qırx min manat pul ayrılıb. Bu xəbərə ən çox köhnə binalarda məskunlaşan sakinlər sevinib.