2026-cı ilin sonunadək Ağdama 20 min əhalinin köçürülməsi planlaşdırılır
06.03.2025 [18:48]
İllərdir həsrətini çəkdiyimiz torpaqlar indi azaddır. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa quruculuq işləri sürətlə davam edir. İlkin mərhələdə Ağdamın Xıdırlı kəndində 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 fərdi evin tikilməsi ilə yanaşı, burada bir sıra iaşə və infrastruktur obyektləri də tikilib. Artıq Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndləri öz sakinlərini qarşılamaq üçün tam hazırdır. Keçmişin izlərini silən, gələcəyə ümidlə baxan Ağdama ilk köç başlayır.