Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə yanğın baş verib

06.03.2025 [19:34]

Xəbər verildiyi kimi, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.