Artıq müəssisələr qida təhlükəsizliyini özləri təmin edəcək
06.03.2025 [19:43]
Artıq “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz obyektlərində HACCP-yəni Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə əsaslanan prosedurları tətbiq etməli, qida təhlükəsizliyində daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. HACCP prinsiplərini tətbiq edən müəssisələr istehsal olunan məhsulların təhlükəsizliyini təmin edir.