Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq
07.03.2025 [01:13]
Xəbərin mətni
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar. AZƏRTAC bildirir ki, məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verdi. Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.