RƏSMİ
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
07.03.2025 [01:38]
Xəbərin mətni
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar. AZƏRTAC bildirir ki, kilsənin baş keşişi Varfolomey Denis Sotnikov məbədin tarixi barədə məlumat verdi. Qeyd edildi ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub. Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib.