Qadın, güc, ilham
08.03.2025 [15:23]
Bu gün onların günüdür – həyatımıza rəng qatan, incə, zərif, eyni zamanda güclü və iradəli xanımların. Ölkəmizdə qadınlar müxtəlif sahələrdə çalışaraq böyük uğurlar qazanırlar. Onların arasında elələri də var ki, cəmiyyət tərəfindən daha çox kişilərə aid hesab edilən peşələrdə özlərini təsdiqləyir və işlərini yüksək peşəkarlıqla icra edirlər. Bugünkü süjetimizin qəhrəmanı Gövhər Əliyeva da belə qadınlardan biridir. O, kişi salonunda bərbər olaraq çalışır və artıq dörd ildir ki, bu sənətlə məşğuldur. İlk başladığı zaman müxtəlif reaksiyalarla qarşılaşsa da, bu, onu yolundan döndərə bilməyib. Əksinə, çətinliklər onu daha da gücləndirib, işinə olan həvəsini və sevgisini artırıb.