Bu peşədə qadın olmaq ikiqat güc tələb edir
08.03.2025 [19:12]
Sərt qayalar, sonsuz yüksəkliklər, ekstremal şəraitdə insanlara kömək etmək. Bu ifadələr səslənən zaman bir çoxlarının təsəvvüründə güclü və əzmli kişi obrazı canlansa da, qəhrəmanımız bütün əngəlləri aşaraq insanların həyatını xilas edən Azərbaycan qadınıdır. Sima Səfərova Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisidir. Onun peşə fəaliyyətini həyata keçirən zaman rast gəldiyi hallar sanki film səhnələrini xatırladır. Köməyə tələsən ilk insan olmaq, təbiətin amansız qüvvələri ilə üz-üzə dayanmaq, mübarizə aparmaq- bütün bunlar onun həyat tərzinə çevrilib. O, öz peşəsi ilə yanaşı idmanla da məşğuldur. Sima Səfərovanın sözlərinə görə, xilasedici və alpinist olmaq böyük məsuliyyət tələb edir.