Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDB Oyunlarına hazırlaşan Gəncədə genişmiqyaslı təmir-tikinti və abadlıq-quruculuq işlərinə başlanılıb

10.03.2025 [15:56]

Xəbərin mətni

Bu il Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, əsas oyunlar Gəncədə keçiriləcək. Prezident İlham Əliyevin ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə dediyi kimi, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq: “Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir”.