İpoteka şərtlərinə yenidən baxılacaq
10.03.2025 [18:48]
Azərbaycanda ipoteka şərtlərinə yenidən baxılması təklif edilir. Bu barədə təkliflər Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın Milli Məclisdə təqdim etdiyi 2024-cü il üzrə məruzədə öz əksini tapıb. Qeyd olunub ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə kreditin maksimal məbləğinin artırılması və ilkin ödəniş məbləğinin minimuma endirilməsi, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə hazırda mənzil bazarında evlərin qiyməti artdığı üçün ipoteka şərtlərinə yenidən baxmaq və şərtləri daha da sadələşdirmək zərurəti yaranıb.