Məcəllə təsdiq olundu: Dəyişikliklər kimlərə şamil ediləcək?
11.03.2025 [17:36]
Prezident İlham Əliyev Mənzil Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə mənzil məcəlləsinə edilən dəyişikliklə sosial kirayə müqaviləsi üzrə mənzil almaq hüququna malik olan vətəndaşlar evi aldıqdan sonra təkrar müraciət edə bilməzlər.