Fransalı nazir Azərbaycanın ünvanına ittihamlar səsləndirib
11.03.2025 [17:45]
Fransa Azərbaycana qarşı əsassız ittihamlarını davam etdirir. Prezident Emmanuel Makronun simasında bu ölkənin rəsmiləri son illərdə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda günahlandırır. Bu dəfə isə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls Fransa televiziyasına müsahibəsində Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə ittiham edib. Rəsmi Bakı dəfələrlə açıq şəkildə bəyan edib ki, Fransadan fərqli olaraq, Azərbaycanın bu ölkənin daxili işlərinə qarışmaq kimi bir niyyəti yoxdur.