Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiber dələduzlar yenə iş başında: “Azərpoçt”un adından dələduzluq halları

11.03.2025 [18:51]

Son vaxtlar “Azərpoçt”un adından istifadə edilərək həyata keçirilən kiber dələduzluq halları artıb. Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Dələduzlar müxtəlif xarici nömrələr vasitəsilə vətəndaşlara mesaj göndərərək, ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketlərinin çatdırılmadığını iddia edir və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmağı tələb edirlər. İnformasiya texnologiyaları üzrə ekspertlər bildirirlər ki, dələduzlar insanların ən çox istifadə etdiyi platformaları və rəsmi qurumların adlarını hədəf alaraq onların etibarını qazanmağa çalışırlar. Məqsəd isə dəyişmir – vətəndaşların fərdi məlumatlarını ələ keçirmək və maliyyə hesablarına müdaxilə etmək.