Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ay tutulması baş verəcək

13.03.2025 [20:05]

Sabah ilin ilk Ay tutulması baş verəcək. Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılovun sözlərinə görə ay tutulması ayın yerin kölgəsinə daxil olması nəticəsində baş verir.