Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənin yerlə-yeksan etdiyi yurd yerlərimiz yenidən qurulur – Horovludan reportaj

14.03.2025 [15:14]

Xəbərin mətni

30 illik işğal zamanı Cəbrayılın Horovlu kəndi də digər yaşayış məntəqələrimiz kimi darmadağın edilib. 2020-ci il oktyabrın 4-də Zəfər yürüşünün 8-ci günündə Cəbrayıl şəhəri ilə bərabər Horovlu kəndi də Azərbaycan Ordusu tərəfindən azad edildi. 2023-cü il mayın 4-də yenidən təməli qoyulan kənddə aparılan tikinti-quruculuq işləri sayəsində artıq bu yaşayış yerinə də həyat yenidən qayıdır. AZƏRTAC-ın bölgə müxbiri Horovlu kəndində olub, görülən işlərlə bağlı qeydlərini qələmə alıb.