Bulvarda Novruza hazırlıq işləri başa çatıb
15.03.2025 [19:05]
Bakı Bulvarında Novruz Bayramına hazırlıqlar başa çatıb. Belə ki, bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil lalələrin xüsusi dizaynla əkildiyi yerə yaxın gəzinti zolağında qurulub. Azneft dairəsindən Qız qalasına qədər olan hissə Novruz atributları ilə bəzədilib. Burada bayramın rəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb.