Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq

15.03.2025 [20:10]

Xəbərin mətni

Səhiyyə sənayesi texnoloji irəliləyişlərin, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq. Biz, əslində, dünyanın səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir vaxtda tarixi dönüş nöqtəsindəyik. Yeni keyfiyyət, süni intellekt bizə qoşulur. Biz süni intellekt və real həllər vasitəsilə səhiyyə problemlərini birdəfəlik həll edə bilən nəslin bir hissəsi olduğumuz üçün şanslıyıq. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi yolu ilə tibbi xidmətlərə çıxışın genişləndirilməsi olacaq. AZƏRTAC xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumu çərçivəsində “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusunda panel iclasda deyib.

Bölmənin digər videoları