Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər
15.03.2025 [21:23]
Xəbərin mətni
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. AZƏRTAC xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusuna həsr olunub.