Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Ulu Öndərin məzarını ziyarət edib
17.03.2025 [12:54]
Xəbərin mətni
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.