Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib

17.03.2025 [19:16]

Xəbərin mətni

Xaçmaz şəhərindəki Şəxsiyyətlər Muzeyi yenidən qurulduqdan sonra sakinlərin istifadəsinə verilib. Yenilənən parkın funksionallığı artırılaraq sakinlərin rahat və mənalı istirahəti təmin olunub. Yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfalt örtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb. Müasir dizayn əsasında yenilənən istirahət məkanında gecə işıqlandırma sistemi qurulub.