Bayram təamları və sağlamlıq: necə balans saxlayaq?
17.03.2025 [19:44]
Qarşıdan bayram günləri gəlir. Novruz bayramı süfrələri zəngin və müxtəlif təamlara malik olsa da, düzgün qidalanmadıqda sağlamlıq üçün fəsadlar yarana bilər. Bayram günlərində qidalanma rejiminin pozulması həzm problemlərinə və digər narahatlıqlara səbəb ola bilər. Mütəxəssislər isə bunun qarşısını almaq üçün müəyyən məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edirlər.