“Global Terrorism Index 2025”-də ölkəmiz hansı pillədə yer alıb?
18.03.2025 [16:48]
“Global Terrorism Index 2025”-ə görə Azərbaycan dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri hesab olunur. Reytinq cədvəlinə görə ölkəmiz terror təhlükəsi üzrə qeyd olunan sıralamada 2024-cü illə müqayisədə bir pillə də yüksələrək, 90-cı yerdə qərarlaşıb. Beləliklə, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb.