İcraçı direktor: Ümummilli Lider həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi
18.03.2025 [17:53]
Xəbərin mətni
Bizə məxsus olan ortaq dəyərlər- əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir. “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud” dastanları, Füzuli poeziyası türkmanların mənəvi dünyasını əks etdirir, bugünkü birliyimizin təməlini qoyur. Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisi deyil, həm də ortaq gələcəyimizə mayakdır.