Lənkəranda yeni çay plantasiyaları salınır
18.03.2025 [19:39]
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Lənkəran rayonunun ərazisində daha 1500 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.