Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb
18.03.2025 [20:03]
Xəbərin mətni
Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisindən sonra meydana daxil olub və tədbir iştirakçılarını salamlayıblar.
Meydanın mərkəzində tonqal qalanıb, idmançılar bacarıqlarını nümayiş etdirib, milli oyunlar, Novruz adət-ənənələri təqdim olunub.