Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb

18.03.2025 [23:32]

Xəbərin mətni

Ağdərə rayonunun Həsənriz kəndində İlaxır çərşənbə yüksək əhvali-ruhiyyə ilə qeyd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlər kəndin mərkəzində yandırılan tonqal ətrafına toplaşaraq çərşənbəni qeyd ediblər. Xocalıda da evlərinə dönən keçmiş məcburi köçkünlər şəhərin girişinə quraşdırılmış səməni ətrafına toplaşıb, yazın gəlişini qeyd ediblər. Ballıca kəndində də tonqallar qalanıb, bayram sevinci yaşanıb.