Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
19.03.2025 [01:43]
Uzun illər düşmən tapdağı altında qalan və müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində işğaldan azad edilən yurd yerlərimizdə artıq baharın qədəmi öz doğma sakinləri tərəfindən qarşılanır. Füzuli sakinləri də Novruzun gəlişini öz yurdlarında böyük coşqu ilə qarşılayıb, Torpaq çərşənbəsində bir araya gəliblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər mərkəzində yerləşən parkda keçirilən bayram şənliyində Füzuli sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanı əməkdaşları iştirak ediblər.