Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtkin şəhid Atakişi Atayev Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

19.03.2025 [15:04]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Qəhrəman oğlu Atayev paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndi ərazisində itkin düşmüşdü.