Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalı kəndində İlaxır çərşənbəsi sevinci

19.03.2025 [16:58]

Xəbərin mətni

Zəngilan rayonun Ağalı kəndində Novruz bayramı və İlaxır çərşənbəsi münasibətilə musiqili-əyləncəli konsert təşkil olunub.  Konsertdə mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqilər səsləndirilib. Həmçinin Novruz personajları Kosa, Keçəl, Bahar qızının iştirakı ilə uşaqlar üçün əyləncəli proqram təşkil edilib.