Həm idman, həm də əyləncə: fiqurlu konkisürmə
19.03.2025 [18:32]
Fiqurlu konkisürmə – buz üzərində sürüşmədən daha artığıdır. Zəriflik, incəlik və incəsənətlə yoğrulmuş bu idman növü təkcə fiziki güc deyil, həm də yaradıcılıq tələb edir. Qədim tarixi olsa da, fiqurlu konkisürmə XVIII əsrdə Böyük Britaniyada öz müasir formasını tapıb və sürətlə ABŞ və Kanadaya yayılıb. Əvvəlcə sərt və qaydalarla çərçivələnmiş bir üslubda icra olunan bu idman növü, amerikalı Ceykon Heynzin yenilikçi baxışı sayəsində musiqi, rəqs və fırlanma elementləri ilə daha dinamik və estetik bir sənətə çevrilib. Günümüzdə fiqurlu konkisürmə həm də əyləncə növü kimi populyarlıq qazanıb.