Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikanın rayonlarında Novruz bayramı qeyd olunur

19.03.2025 [18:53]

Xəbərin mətni

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərimdə dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Artıq 5-ci ildir ki, xalqımız qalib ölkənin vətəndaşları olaraq Novruz bayramını daha böyük təntənə ilə qeyd edir, baharın gəlişini xoş əhvali-ruhiyyə ilə qarşılayır.