Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərənin Həsənriz kəndinə köç etmək üçün 360 nəfər siyahıya alınıb – köç prosesi mərhələli şəkildə davam edəcək

19.03.2025 [20:04]

Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə buraya 50 ailə köç edib. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib. Həsənriz kəndinə köç üçün 360 nəfərin siyahıya alındığını deyən A.Telmanqızı bildirib ki, bu proses mərhələli şəkildə davam etdiriləcək.